Azərbaycanın döyüş gəmiləri hazır vəziyyətə gətirildi

Azərbaycanın döyüş gəmiləri hazır vəziyyətə gətirildi

Xəzər dənizində komanda-qərargah təlimi keçirilib.

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib. Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində "Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi" mövzusunda komanda-qərargah təlimi keçirilib.

Təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin aparılması və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin sərəncamında olan Döyüş Gəmiləri Dəstəsinin gəmi zərbə qruplarının fəaliyyəti işlənilib.


Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az