Müsahibimiz “Diamond organization and agency”nin prezdenti, təşkilatçı Aqil Məmiyevdir.
- Nə qədər vaxtdırki təşkilatçılıqla məşğulsunuz?
- 4 ildən artıqdır ki, təşkilatçılıqla məşğulam. İşlərim tələbəlik illərindən başlayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin TUDİFAK fakultəsində 2 il təhsil alsam da, tələbə gənclər təşkilatında möhtəşəm tədbirlər təşkil edərək böyük bir iz qoyub getdim. Mən fəaliyyətimi kiçik konsertlər və partilərlə davam etdirdim. Vaxt keçdikcə daha böyük təşkilatlara, şirkətlərə dəvət alırdım. 2010-cu ildən “High life fashion and model academy”də casting direktoru olaraq çalışdım. Eyni zamanda Türkiyədə məşhur bəstəkar Onur Muratla rəsmi iş birliyinə başladim. İşbiriyimiz hələ də davam edir. Bizim birgə işimizin əsas məqsədi müğənnilərimizin Türkiyədə tanınması və qardaş ölkə ilə musiqi əlaqələrinin daha da möhkəmləndirməkdir. 2012-2013 cü illər ərzində “AE organization” şirkətinin prezdenti olaraq çalışdım. İl ərzində çox böyük layihələrimiz oldu. 2013-cü ildən “Diamond organization and agency” təşkilatçılıq və model şirkətinin prezdentiyəm. Hal-hazırda böyük layihə üzərində işləyirik. Eyni zamanda fotomodel olaraqda çalışıram.
- Hansı ətiri və ya ətirləri xoşlayırsınız?
- Bir çox ətirlərdən istifadə edirəm. Ən çox istifadə etdiyim ətir “Salvador Ferragamo”dur
– Geyimdə hansə marklara üstünlük verirsinz?
- Əslində geyim seçimimdə markalara üstünlük verirəm. Amma hər hansısa geyim brendi xoşuma gəlirsə, onu da geyinirəm. Hal-hazırda geyindiyim geyim brendləri Lara, Jack and Jone, Armani, Berishka və s.
- Fəaliyyətiniz şəxsi həyatınıza təsir edirmi?
- Xeyr,qətiyyən təsir etmir. Çünki, əgər sevdiyin insanla aranızda böyük inam və güvən varsa, heç vaxt işim şəxsi həyatıma təsir edə bilməz.
– 10 ildən sonra özünüzü harda və necə görürsünüz?
- Çox maraqı sualdır. 10 ildən sonra özümü Azərbaycanın və dünyanın ən güclü təşkilatçıları və prodyuserləri arasında görmək istərdim.Ümüd edirəm ki,heç 10 il çəkməyəcək, yaxın zamanda baş verəcək.
- Hansı növ musiqilər dinləməyi sevirsiniz?
- Slowrock və estrada janrına üstünlük verirəm.
- İş kollektivinizdən razısınızmı?
- Əlbəttə ki, razıyam necə razı olmaya bilərəm ki, mən onlara işçi kimi baxmıram. Onlar həm də mənim dostlarımdır. Şirkətimizn baş direktoru Eldar Qulamov mənim qardaşımdır. Və bütün şöbə direktorları mənim yaxın dostlarımdır. Şirkətimizin ictimai əlaqələr üzrə direktoru və baş prodyuseri Şəfiqə Şahinqızı, mətbuat katibi və casting direktoru Vüqar Səfər, PR və designer direktoru Vüqar Alışov, şirkətimizin vəkili və hüquq işləri üzrə mütəxəssisi Adil Cəfərov, organizer director Namiq Xəlilovdur. Əlbəttə fotoqraflarımızı unutmamalıyıq. Onlar hər yerdə bizim yanımızdadır. Orxan İsayev və İlkin Əlizadə. Bizim şirkətdə ölkəmizin tanınmış aktyorları və modelləri işləməkdədir.
- Qarşıda hansı yeni layihələr planlayırsınız?
- Bildiyiniz kimi “Diamond organization and agency” indi müğənni, model və aktyorlarla kastinq keçirir. Hal-hazirda böyük qüvvə ilə bu işin üzərində işləyirik
Rəqsanə Yusifzadə