Azərbaycanla atəşkəs barədə razılığa gəldik - Qriqoryan
İrəvanla Bakı arasında yeni atəşkəs elan olunub.
Miq.Az Asan Radio-ya istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanla Bakı arasında atəşkəsin bağlandığını açıqlayıb.
"Beynəlxalq ictimaiyyətin iştirakı nəticəsində sentyabrın 14-də saat 20:00-dan etibarən Azərbaycanla atəşkəs haqqında razılığa gəlmək mümkün oldu”, - Qriqoryan vurğulayıb.
Ermənistan Müdafiə Nazirliyi də bəyan edib ki, gecə saatlarında sərhəddə ciddi insident qeydə alınmayıb.
Əlavə edək ki, Azərbaycan tərəfinin atəşkəs haqda rəsmi açıqlaması yoxdur. Rəsmi Bakı dünən İrəvana humanitar atəşkəs təklifi vermişdi.