Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Fizuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti 23 apreldən Sinqapur Respublikasında rəsmi səfərdədir.
Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Vətəninfo.az”a daxil olan məlumata əsasən, dünən Fizuli Ələkbərov Sinqapur İnsan resursları naziri cənab Tan Çuan-Jin ilə görüşüb.
Görüş zamanı nazir Fizuli Ələkbərov tərəfindən Azərbaycanda uğurla həyata keçirilən islahatlar və insan inkişafı ilə bağlı ətraflı məlumat verilib. Nazir Tan Çuan-Jin Sinqapurda insan resurslarının inkişafı ilə bağlı həyata keçirilən siyasət, əmək bazarının monitorinqi, idarəetmə və ölkə üzrə bu sahədə əlaqələndirmə fəaliyyətinə dair müvafiq məlumat təqdim edib.
Görüşdə hər iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb. Nümayəndə heyəti Sinqapur İnsan Resursları Nazirliyinin fəaliyyəti ilə də yaxından tanış olub.
Həmçinin, nümayəndə heyəti İnsan Resursları Nazirliyi nəzdində fəaliyyət göstərən Sinqapur İşçi Qüvvəsinin İnkişafı Agentliyində görüş keçirib. Görüşdə əmək bazarı üçün rəqabətqabiliyyətli işçi qüvvəsinin, peşə və təlim standartlarının hazırlanması və tətbiqi, habelə işçi qüvvəsinin keyfiyyətinin qiymətləndirilməsinə dair geniş fikir mübadilələri aparılıb.
Qeyd edək ki, bu görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində baş tutub.
Mirvari Nəcəf
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...