Vətəninfo.az xəbər verir ki, Azərbaycanlı aktrisa Könül Nağıyeva və aktyor Kamran Ağabalayev Türkiyə istehsalı olan filmdə baş rolları ifa edəcəklər. “Qafqazinfo” “Nargiz” jurnalına istinadən məlumat verir ki, sentyabrın 3-dən İzmirdə “Tərk edilmiş” filminin çəkilişləri başlayacaq. Film Suriyada baş verən müharibədən qaçıb Türkiyəyə sığınan qadının yoxsulluqdan xilas olmaq üçün öz böyrəyini satmasından bəhs edir. Aktrisa Könül Nağıyeva bildirib ki, Kamran Ağabalayevlə “Qanun naminə” filmində də rol alıblar. Türkiyəli rejissor məhz bu ekran əsəri ilə tanış olduqdan sonra onlara filmdə baş rollar təklif edib.
Filmin premyerası 2015-ci ilin martında baş tutacaq. Təqdimat Türkiyə və Azərbaycanda keçiriləcək. Bundan sonra Türkiyənin 1140 kinoteatrında nümayiş olunacaq. Qeyd edək ki, Könül Nağıyeva eyni zamanda Ülviyyə Mahmudovanın rəhbəri olduğu Nargis Nəşriyyat evinin və Nargis jurnalının direktorudur.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib