Futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyev Portuqaliyanın “Porto” klubunun baş məşqçilərinə özünü bəyəndirməyə çalışır.
"Vətəninfo.az"ın Azerisport.az-a istinadən xəbər verir ki, Orxan Əliyev verdiyi açıqlamada özünə güvəndiyini bildirib: “Artıq bir neçə məşqə çıxmışam. Özümü yaxşı hiss edirəm. Öz gücümə əminəm. Hələlik mənim üçün yalnız dil bilməklə bağlı problem var. Amma məşq zamanı bu, elə də ciddi çətinlik yaratmır. Yerli futbolçular da mənə kömək edirlər. Mən ehtiyat komandada yeganə legioner deyiləm. Seneqallı futbolçu da var. Fikrimcə, uyğunlaşma ilə bağlı ciddi problem olmayacaq. Vaqif Heydərli də mənə kömək edir. O olmasaydı, heç bilmirəm nə edərdim”.
Orxan baxışda olduğu klubun infrastrukturuna heyranlığını gizlətməyib: “Beləsi Azərbaycanda yoxdu. Unikal şəraiti var. Futbolçudan yalnız məşq etmək tələb olunur. Qalan hər şeyi özləri edirlər. Məşqlərlə yanaşı müxtəlif testlərdən də keçirəm. Mənim üçün hətta psixoloq da tutublar, o, fərdi söhbətlər aparır”.
Əliyev “Porto”da qalmaq şanslarından danışarkən, optimistliyini gizlətmir: “Gələn həftənin sonuna qədər burda məşq edəcəm. Daha sonra görüş olacaq ki, həmin danışıqlardan çox şey asılıdı. Fikrimcə, hər şey yaxşı olacaq. Bu komandada qalmağa çalışacağam. Bilirəm ki, hər bir futbolçuya belə yaşda bu cür komandaya düşmək şansı yaranmır. Demək olar ki, bu, bütövlükdə mənim həyatım üçün böyük bir şansdır. Bundan istifadə etməyim lazımdı”.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.