Azərbaycanlı hüquqşünas ABŞ-da hakim seçildi-Tarixdə ilk dəfə

Azərbaycanlı hüquqşünas ABŞ-da hakim seçildi-Tarixdə ilk dəfə

ABŞ-da yaşayan azərbaycanlı Rövşən Şərifov ABŞ-da Nyu-York məhkəməsinə hakim seçilib.

Bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.

Hüquqşünas Aslan İsmayılov Rövşən Şərifovu təbrik edərək onun bundan sonra daha da böyük uğurlara imza atacağına inandığnı söyləyib:

"ABŞ-da yaşayan azərbaycanlı həmkarım Rövşən Şərifovun Nyu York məhkəməsinə hakim seçilməsi münasibətilə təbrik edirəm. Rövşəni uzun illərdir şəxsən tanıdığımdan onun daha böyük uğurlara imza atacağına əminəm”.

Rövşən Şərifov Bakı Dövlət Universiteti Hüquq fakültəsinin məzunudur. O, ötən əsrin 90-cı illərində Azərbaycanı tərk edib və Nyu-Yorkda məskunlaşıb. Orada bir çox iri şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərib. O, həm də uzun müddət Manxetten prokurorluğunda işləyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az