Azərbaycanlı idmançı Kadırovla ringə çıxdı
Məşhur Azərbaycan döyüşçüsü K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən "Qorxunc döyüş" beynəlxalq turnirinə fəxri qonaq qismində dəvət edilib.
Çeçenstana səfəri zamanı Azərbaycan döyüşçüsü
respublikanın prezidenti Ramzan Kadırov ilə görüşüb. Zabit Səmədov
Ramzan Kadırovla sparrinq-döyüş keçirib. Onun sözlərinə görə, döyüş
Çeçenistan rəhbərinin iqamətgahında baş tutub.
Döyüşdən sonra Ramzan Kadırov şəxsi instaqram səhifəsində görüşlə bağlı
fikirlərini yazıb: "Bazar axşamı mən məşhur dünya kikboksçusu, əziz
qardaşım Zabit Səmədovla rinqdə görüşdüm. Biz qardaşcasına sparrinq
keçirdik. Boks 4 raund davam etdi. Zabit əla reaksiyaya malikdir, gözəl
müdafiə olunur, hücum döyüşünü sevir. Biz bir-birimizə bir sıra zərbələr
vurduq. Zabit Səmədovla bir rinqdə olmaq mənim üçün böyük şərəfdir. O,
idman aləmində layiqli yer tutub, böyük əmək, güclü iradə və məqsədyönlü
olması sayəsində nəticələr əldə edib və tanınıb."
Zabit Səmədov Qroznı şəhərində avqustun 22-də keçiriləcək turnirin əsas
döyüşlərindən birinə çıxacaq. Azərbaycanlı idmançının rəqibi təcrübəli
bosniyalı döyüşçü Dzevad Poturak olacaq. Turnir Çeçenistan
Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında
keçiriləcək.
Turnirin qonaqları arasında ağır çəki dərəcəsində keçmiş "Qaydasız
döyüş" üzrə çempion Frenik Mir, orta çəki dərəcəsində "Qarışıq döyüş"
üzrə Kris Baydmən, "Qaydasız döyüş" üzrə müvəqqəti çempion Fabrisio
Verdum, ikiqat "World Grand Prix K-1" turnirinin qalibi Bədr Xari, güləş
üzrə üç qat Olimpiya çempionu Buvayser Saytisev də olub.
Turnir çərçivəsində keçirilən 17 döyüşdən 14-də Respublikanın "Əhməd"
idman klubunun yetişdirdiyi çeçen idmançıları iştirak ediblər. Gecənin
əsas hadisəsi Əbdül Kərim Ədilovun braziliya döyüşçüsü Tyaqova Monako
Tosato ilə görüşü olub. Elə ilk görüşdə "çeçen şiri" Monakolu rəqib
üzərində qalib gəlib.
ANS