Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən varlı varisi oldu

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən varlı varisi oldu

"Forbes" 26 yaşlı Yusifin 8,9 milyard dolları olduğunu yazıb.

Rusiyanın ən varlı varislərinin adları açıqlanıb. Siyahını "Forbes" jurnalı hazırlayıb. Burada Azərbaycanın şimal qonşusunun milyarderlərinin övladlarına qoyacaqları miraslar, onların çoxmilyardlıq sərvətdəki payları müəyyən edilib. 

 Yusif Ələkbərov - "Lukoil"in prezidentinin oğlu
 
Siyahının ilk pilləsində azərbaycanlı milyarder, "Lukoil"in prezidenti Vaqif Ələkbərovun yeganə oğlu Yusif qərarlaşıb. O, Rusiyalı milyarderlərin ən varlı varisləri siyahısına liderlik edir.

Yusif atasının bütün mirasına yeganə varis ola bilər.  Bu sərvət isə nə az, nə çox, düz 8,9 milyard dollardır. Y.Ələkbərovun 26 yaşı var. 

"Forbes"in məlumatına görə, Yusif  bir müddət öncə Alisa adlı sarışın qızla nikah mərasimindən foto paylaşıb. Onun iki diplomu var. İlk diplomu neft-qaz səhasi üzrə alıb. İkincisi isə iqtisadiyyat və menecerlik üzrədir. /Ans press/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az