Azərbaycanlı milyarderin oğlunun polislə "ölüm yarışı" - VİDEO

Azərbaycanlı milyarderin oğlunun polislə
Polis əməkdaşları qaydaları pozan gəncləri saxlayıb

"Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan "Gelandewagen” avtomobili ilə Moskvada avtoşluq edib. Gənc oğlan dostları ilə onu təqib edən polislə "əylənərək” təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu "Periscop”a yerləşdirib. İnsident barədə məlumat video "Youtube” kanalına qoyulandan sonra məlum olub. Rusiya mətbuatının verdiyi məlumata görə, hadisədən sonra gənclər polislər tərəfindən saxlanılıb. Ruslan qərar verib ki, hadisənin necə baş verdiyini izləyicilərinə videoçəkilişlə izah etsin. Onun sözlərinə görə, sükan arxasında əyləşən o, olmayıb: "İçkili olduğumdan dostumdan xahiş etdim ki, avtomobili idarə etsin. Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik”.

Miq.az Avtosfer.az-a istinadən bildirir ki, yol qaydalarını kobud şəkildə pozan gənclərdən biri "Lukoyl" prezidenti Vahid Ələkbərovun müavini Azad Şahsuvarovun 20 yaşlı oğulu Ruslandır. Ona aid olan qızılı rəngli "Gelandewagen"lə paytaxt polisi ilə yarışa girən gənclər videonu canlı olaraq "Periscop"da paylaşıblar. Hadisə 23 may tarixində səhər saatlarında qeydə alınıb. Yol polisi nə qədər xəbərdarlıq etsə də, gənclər qanuna tabe olmaqdan boyun qaçırıblar. Daha sonra ara yollara girən gənclər orada avtomobili atmağa və gizlənməyə çalışıblar. Amma buna baxmayaraq polis əməkdaşları qaydaları pozan gəncləri saxlaya bilib.

Azat Şamsuarov
 [video=http:// ]
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az