Azərbaycanlı qadını parçalayan şəxs 14 il sonra tutuldu, amma sərbəst buraxıldı
2001-ci ildə Türkiyədə vəhşicəsinə
qətlə yetirilən azərbaycanlı qadının qatili hələ ki, cəzasını almayıb.
Qətldə şübhəli bilinən şəxs 14 il sonra saxlanılsa da günahı sübut
olunmadığından azadlığa buraxılıb.
Vətəninfo.az Musavat.com-a istinadla
xəbər verir ki, 2001-ci ildə İstanbulda dəfələrlə bıçaqlanmış, bədəni,
qolları və ayaqları bir-birindən ayrılmış qadın cəsədinin kimliyi
müəyyənləşdirilib. Parçalara ayrılan qadının azərbaycanlı Təzəgül
Dadaşava olduğu məlum olub.
Təzəgül
Dadaşovanın oğlu Saleh Dadaşov anasını itikin düşməsi ilə bağlı Türkiyə
polisinə müraciət edib. Türkiyə polisi 11 il sonra yenidən araşdırmalara
başlayıb. "İnterpol” vasitəsilə Dadaşovanın ailəsindən alınan analizlə
məlum olub ki, cəsəd həqiqətən də Təzəgül Dadaşavoya aiddir.
Saleh Dadaşov anasının Mevlüt Soytürk adlı şəxs tərəfindən təhdid edildiyini polisə bildirib.
Araşdırmalar zamanı məlum olub ki, T.Dadaşova öldürülməmişdən bir neçə dəqiqə əvvəl sonuncu dəfə M.Soytürklə telefonla danışıb.
Həbs
edilən M.Soyterk dünən- sentyabrın 6-da İstanbul Ağır Ceza Məhkəməsində
hakim qarşısına çıxarılıb. O, "başqasının işlədiyi cinayətin cəzasını
mən çəkəcəyəm?” deyib və azadlığa buraxılmasını istəyib.
Hakim M.Soytürkün qatil olması ilə bağlı kifayət qədər sübutun olmadığını əsas gətirərək onu sərbəst buraxıb.