Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında aksiya keçirdi

Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında aksiya keçirdi
Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Miq.az Report-a istinadən xəbər verir ki, mitinqdə 2014-cü il iyulun 12-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı buraxılması tələb edilib.
Soydaşlarımız hər iki şəxsin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində girov götürüldüyünü bildiriblər. Aksiyada Ermənistanın təcavüzkar dövlət olduğu bildirilib, azərbaycanlı girovların azadlığa buraxılması tələb edilib.
Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycan torpaqları kimi tanınan ərazilərdə bu ölkənin vətəndaşlarının girov götürülməsi, Cenevrə Konvensiyasının pozulması və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyon azərbaycanlının öz evlərini tərk etmək məcburiyyətində qalması Fransa ictimaiyyətinin diqqətinə çatdırılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az