Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı

Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı
Azərbaycanlı hakerlər ABŞ-dakı güclü erməni diaspor təşkilatı olan Amerika Erməni Assambleyasının saytına hücum edərək dağıdıb, orada Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib.

Bu haqda ABŞ-da nəşr edilən erməni qəzeti "Massis Post" yazır. Hücumu "Anti-Armenian Team" haker qrupuna daxil olan və özlərini "The Conficker" adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.

Hücumdan dərhal sonra Amerika Erməni Assambleyası təcili olaraq Federal Təhqiqatlar Bürosuna şikayət edib vəkiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər "genosid məsələlərini" araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut Amerika Erməni Assambleyasının himayəsində çalışır.// Virtualaz.org
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az