“Azərpoçt”dan 55 min manat yoxa çıxdı

“Azərpoçt”dan 55 min manat yoxa çıxdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-də oğurluq hadisəsi baş verib.

Miq.Az xəbər verir ki, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb.

Belə ki, poçtda daxili yoxlama aparılan zaman 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı məlum olub.

Daha sonra "Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az