Bağdadi tanınmamaq üçün saqqalını kəsdi
İŞİD lideri Əbubəkr Bağdadi tanınmamaq üçün xarici görünüşünə dəyişiklik edib.
Axar.az xəbər verir ki, bu sözləri Kürdüstan Demokratik Partiyasının (KDP) Mosul üzrə mətbuat xidmətinin rəhbəri Səid Memuzini deyib.
"Bağdadi bığ və saqqalını kəsib. Həmçinin geyiminə də müəyyən dəyişiklik edib. Süni saqqal taxaraq xalqın qarşısına çıxır”, - Memuzini bildirib.
KDP rəsmisi onu da əlavə edib ki, İŞİD xəlifəsi Baac və Rakka şəhərləri arasında yerləşən bölgədə yaşayır:
"Mal-qara alveri ilə məşğul olan şəxslər kimi geyinib Baacdan Mosula gəlir. Çöldə olduqca az görünür. Sonuncu dəfə 15 gün əvvəl Mosula gedib”.
Miq.Az