Bakı-Gəncə istiqaməti üzrə ilk sürət qatarı yola salındı

Bakı-Gəncə istiqaməti üzrə ilk sürət qatarı yola salındı
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

"Report” xəbər verir ki, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb.
Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək. Qeyd edək ki, qatarın ik sərnişinləri jurnalistlər və bir qrup deputatlardır. Qonaqları "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov müşayiət edir.
Xatırladaq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az