Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.

Bu barədə  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ləngiməyə səbəb Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda texniki problemin yaranması olub: "Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb. Dərnəgül-Həzi Aslanov marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, Dərnəgül-İçərişəhər marşrutunda isə demək olar, hiss edilməyib”. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az