Bakı metrosunda qız relslərin üzərində şəkil çəkdirdi - FOTOLAR

Bakı metrosunda qız relslərin üzərində şəkil çəkdirdi -  FOTOLAR
Bakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, foto metronun "Nəriman Nərimanov” stansiyasında lentə alınıb. 21 yaşlı Arzu Əhmədova metro relslərində çəkdirdiyi sözügedən fotonu instagram səhifəsində paylaşıb.Səhifə açıq olduğundan foto qısa müddətdə sosial şəbəkələrdə yayılıb və xanımın təhlükəsizlik qaydalarına riayət etməməsi istifadəçilər tərəfindən tənqid olunub.
 
 Qeyd edək ki, foto bu gün saat 04-00 radələrində çəkilib. Həmin saatda metro fəaliyyət göstərmir.Metronun fəaliyyət göstərmədiyi saatda qızın mühafizə olunan stansiyaya neçə keçməsi isə sual yaradır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az