Bakı və Yerevana Qarabağla təklif - Cəbhə boyunca kameralar
Associated Press agentliyi xəbər verir ki, ABŞ, Rusiya və Fransa - Ermənistan və Azərbaycanın liderləri üzərinə təzyiqləri artıraraq iki tərəfin tez bir zamanda danışıqlar masası arxasına gəlməsinə çalışırlar.(azadliq.org)
ABŞ rəsmilərinin verdiyi məlumata görə, John Kerry, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jean-Marc Ayrault bu məqsədlə bazar ertəsi Vyanada prezidentlər İlham Əliyev və Serzh Sarkisianın görüşünü təşkil ediblər.
AP xəbər verir ki, bu görüşdə tərəflərə təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qedə alınması və müşahidəçilərin artırılması təklif olunub.
Agentlik bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə rəsmilər bu məlumatı anonim şəkildə veriblər.
ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahatlıq keçirdilklərini bildirirlər.
Rəsmilər bunu da vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəstəkləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında olması münaqişəni potensial baxımdan daha təhlükəli edir.
"Bu həll olunan münaqişədir..."
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi AFP agentliyinə deyib ki, "Bu həll olunan münaqişədir. Bəzi elə münaqişələr var ki, onları sadəcə olaraq idarə etmək lazımdır. Amma bu münaqişə həll oluna bilər”.
ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi daha sonra AFP-yə deyib: "Burada hər iki tərəf üçün əlverişli nəticə əldə etmək olar”.
Həmin rəsmi əlavə edib ki, Suriya məsələsindən fərqli olaraq Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.
Miq.az