Bakıda 4 maşın toqquşdu - Xəsarət alan var

Bakıda 4 maşın toqquşdu - Xəsarət alan var

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

Miq.Az xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Magistral şossenin birinci zolağında "Toyota” markalı avtomobil nasaz vəziyyətdə olduğu üçün dayanıb. Nasaz maşını görən "Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Ani dayanan avtomobilə eyni istiqamətdə hərəkətdə olan "Opel” markalı” maşın daha sonra "Saipa” markalı nəqliyyat vasitəsi çırpılıb.

Qəza nəticəsində "Saipa”da olan bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az