“Vətəninfo.az” xəbər verir ki, akı şəhərinin şimal istiqamətində nəqliyyatın əsas çıxışını təmin edən Ziya Bünyadov prospektində tunel tipli yol ötürücüsünün tikintisi davam edir.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Z.Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş qrafik əsasında gedir. Belə ki, 3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu 780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300 metr təşkil edir.
Eyni zamanda layihə çərçivəsində ümumi uzunluğu 1746 metr olan M.Nərimanov küçəsində əsaslı təmir işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb.
Hazırda tikintisi həyata keçirilən tuneldə svayların vurulması, istinad divarı və tunelin qapalı hissəsinin tikintisi işləri aparılır.
Tikintisinə 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təxminən 60%-i yerinə yetirilib. Layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.
Faktxəbər
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?