Bakıda atəşfəşanlıq - FOTO,

Bakıda atəşfəşanlıq - FOTO,

Atəşfəşanlıq Azərbaycanda keçiriləcək Bakı-2015 Avropa Oyunlarına 1 il qalması ilə bağlı keçirilirdi

Bu gün gecə saatlarında, təxminən 00.00 radələrində Bakıda atəşfəşanlıq oldu. ANS PRESS-in məlumatına görə, atəşfəşanlıq Azərbaycanda keçiriləcək Bakı-2015 Avropa Oyunlarına 1 il qalması ilə bağlı keçirilirdi.

Qeyd edək ki, 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan Avropa ölkələri arasında tarixdə ilk Olimpiya oyunları hesab edilir. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq olimpiya təşkilatı tərəfindən keçirilir.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin (C.O.N.I.) qərargahında, "Foro italiko" stadionunda keçirilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina edib.

Bakıda Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.

İki qeyri-olimpiya idman növündən biri, çox güman ki karate olacaq. Karate idman növünün də Avropa Oyunlarına salınmasını Azərbaycan təklif edib. Dekabrın ortalarına qədər su idman növləri federasiyaları oyunlarda iştirakları ilə bağlı cavab verməlidirlər. İkinci qeyri-olimpliya idman növünün idman rəqslərinin olacağı gözlənilir. Avropa Oyunlarının dəqiq proqramı 2014-cü ilin martında məlum olacaq. İlk Avropa Oyunlarında Avropanın 49 ölkəsindən 7-15 min idmançının iştirak edəcəyi gözlənilir.

2015 Avropa Oyunlarının rəsmi açılış mərasiminin 65 000 tamaşaçı yeri olacaq Böyükşor gölünün yanında inşa edilən Bakı Olimpiya Stadionunda keçirilməsi gözlənilir. 

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az