Bakıda dəhşət - 3 nəfər maşında yanaraq öldü - VİDEO

Bakıda dəhşət - 3 nəfər maşında yanaraq öldü - VİDEO
Yananlardan ikisi qardaşdır

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

***
Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Miq.az-a verilən məlumata göə, "VAZ 2107" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. 
Hadisə zamanı "VAZ 2107" markalı avtomaşın alışaraq yanıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi də xilasedicilər tərəfindən çıxarılıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Digər avtomobil yanğından mühafizə olunub. Əməliyyat saat 09:02-də başa çatıb.
Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az