İctimai Palatanın bu günə planlaşdırdığı etiraz aksiyası bu gün saat 13-də Fəvvarələr meydanında başlayıb. 50-yə yaxın İctimai Palata fəalları Fəvvarələrlə meydanına daxil olaraq "İstefa", "Azadlıq" şüarları səsləndiriblər.
Qeyd edək ki, etiraz aksiyasının məqsədi Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palataya əlverişli mitinq meydanı ayırmasından imtinadır.
"Yeni Müsavat"ın əməkdaşı Röya Rəfiyevanın verdiyi məlumata görə, İP fəallarının daha bir qrupu Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşaraq şüar səsləndiriblər. Polislər və mülki geyimli cəza dəstələri fəallar qarşı aqressivlik nümayiş etdirib, onları döyüblər. 20-dən artıq İP fəalı saxlanılaraq üzərinə "Eurovision" yazılmış avtovuslara doldurulublar.
Bənzər aksiya Sabir bağında da olub. Burada da fəalların aksiyası zorakılıqla dağıdılıb.
Əməkdaşımız Emil Salamoğlunun verdiyi xəbərə görə, Qoşa Qala qapısının önündə etiraz aksiyasının qarşısını alan və fəalları döyüb-tutan polis qüvvələri aksiyanın başa çatdığını güman edib dağılışsalar da, gözlənilmədən fəalların daha bir dalğası Natəvanın heykəlinin həndəvərində toplaşaraq yenidən şüarlar səsləndirə-səsləndirə irəliləyiblər. Bir qədərdən sonra polis qüvvələri onların qarşısını alıblar, toqquşma yaranıb. Bir qadının ürəyi gedib, onu özünə gətirmək üçün təcili tibbi yardım briqadası çağırılıb.
Aksiya barədə təfərrüatlı Bir bilgilər, eləcə də foto və videoçəkilişlər gün ərzində sayta əlavə ediləcək.
Musavat.com
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...