Bakıda məktəblilərə həb verilib? – Rəsmi

Bakıda məktəblilərə həb verilib? – Rəsmi

Tanınmış bloger Nail Kəmərli Bakının Biləcəri rayonu ərazisində narkomanlarla bağlı süjet hazırlayıb. Süjetdə yerli sakinlərdən biri iddia edir ki, paytaxtda 300 nömrəli məktəbdə kimsə uşaqlara həb verib. Daha sonra sakinlər toplanaraq həmin şəxsi döyərək cəzalandırıblar.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan məktəbdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli polis orqanlarına hər hansı məlumat daxil olmayıb.

"Həmin məsələ ilə əlaqəli tərəfimizdən müvafiq yoxlama aparılıb. İddiaların əsassız olduğu müəyyən edilib", - məlumatda bildirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az