Qəza zamanı sakinlərin evdə olmaması baş verə biləcək faciənin qarşısını alıb.
“Vətəninfo.az” xəbər verir ki, ötən gecə Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Məhəmməd Ağamalıyev idarə etdiyi “Mitsubishi” markalı avtomaşını əvvəlcə yaxınlıqda tikintisi gedən yol ötürücüsünə vurub.
Bundan sonra isə nəqliyyat vasitəsinin sahibi avtomaşını Valeh Tağıyevə məxsus 3-otaqlı evə çırpıb. Sürücü Məhəmməd Ağamalıyev ilk qəzadan sonra özünü itirərək əyləc yerinə qaza basdığını deyib.
Qəzadan sonra mənzilin iki otağında tavan aşıb və ev tamamilə yararsız vəziyyətə düşüb. Qəza zamanı ev sakinlərinin evdə olmaması isə baş verə biləcək faciənin qarşısını alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Yol nəqliyyat hadisəsinin baş vermə səbəbləri və ev sahibinə dəyən ziyanın məbləği araşdırmaların sonunda bəlli olacaq.
Anspress
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?