Bakıda Penitensiar xidmətin əsgəri yaralandı

Bakıda Penitensiar xidmətin əsgəri yaralandı
Ədliyyə Nazirliyi Penitensiar xidməti əsgər ölümü ilə bağlı məlumatlara aydınlıq gətirib.
 
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əsgər yaralanması qeydə alınıb:
"6 noyabr 2018-ci ildə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.
Əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib”.
 
Rəsmi məlumata görə, hazırda əsgər Orxan Qarayevin vəziyyəti stabildir:
"Həkim nəzarəti altındadır. Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az