Bakıda polislər vətəndaşın maşınını qaçırdı

Bakıda polislər vətəndaşın maşınını qaçırdı

Maşın cərimə meydançasında tapılıb.

Bakıda qaçırıldığı ehtimal olunan avtomobil tapılıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən verilən məlumata görə, Bakı şəhər sakini, Elmir Tapdıqov bir neçə gün əvvəl polisə müraciət edərək özünə məxsus "Mitsubishi Pajero” markalı, 90 LO 919 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib.

Həyata keçirilən axtarışlar nəticəsində qaçırılmış avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az