Bakıda polkovnik 800 minlik dələduzluq edib – Cinayət işi

Bakıda polkovnik 800 minlik dələduzluq edib – Cinayət işi
Bakıda dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Sahib Şükürov 1958-ci ildə Sabirabad rayonunda anadan olub və Bakı şəhərində qeydiyyatdadır. Sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. Daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.
Növbəti proses mayın 23-də davam edəcək.İttihama görə, Sahib Şükürov ümumilikdə 800 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.
O, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verib, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.
Sahib Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az