Bakıda təhlükəli tullantılar vahid ərazidə zərərsizləşdiriləcək

Bakıda təhlükəli tullantılar vahid ərazidə zərərsizləşdiriləcək
Bakıda ətraf mühitə zərərli təsir minimuma endiriləcək, təhlükəli tullantılar və təhlükəsiz tibbi tullantılar vahid ərazidə zərərsizləşdiriləcək.

"Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Bunun üçün Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti zamanı əmələ gələn bütün növ tullantıların zərərsizləşdirilməsi məqsədilə Bakı şəhərinin Sabunçu rayonunda müvafiq infrastrukturun yaradılması təmin ediləcək.
Layihəni İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi həyata keçirəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az