Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı — Ölən var
Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Miq.Az xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi "VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb.
Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)
Miq.Az