Ölkəmizdə son bir sutkada yağan güclü yağış bir sıra problemlər törədib.
Yollar, küçələr yağış sularına təslim olub.
İki gündür yağan yağış Bakıda fəsadlar törətdiyindən problemlərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.
Paytaxtın Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Ordubadi küçəsində əhali təxliyyə edilib, Binəqədi şossesində - Poladəritmə zavodunun yaxınlığında yağış suları çəkilib. Əlavə məlumat veriləcək.
Bakı sakinlərindən birinin çəkdiyi görüntü isə hamını şoka salıb.
Miq.az olaraq oxuculara bu sualla müraciət edirik: Sizcə Bakını iflic edən bu yağış suları referendumdan sonra ilk dəfə kimin vəzifəsini və kreslosunu yuyub aparacaq? Cavablarınızı[email protected] email adresinə göndərə bilərsiniz.