Bakının iki böyük rayonu susuz qalacaq

Bakının iki böyük rayonu susuz qalacaq
"Azərsu” ASC bununla bağlı məlumat yaydı

Sabah Bakının iki rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu” ASC-nin  İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar iyunun 21-də saat 09:00-dan 15:00-dək  Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az