Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralananlar var - ADLAR AÇIQLANDI

Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralananlar var - ADLAR AÇIQLANDI

Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş zəncirvari qəzada ölən və yaralananların adları açıqlanıb.
 
Lent.az xəbər verir ki, "Toyota", "Wolksfagen" və "Hyundai" markalı üç avtomobilin bir-birinə çırpılması nəticəsində "Hyundai Accent"i idarə edən 32 yaşlı Aysel Quliyeva vəfat edib. Digər avtomobillərdə olan 22 yaşlı Seymur Davudov və 23 yaşlı Şəhriyar Ələsgərov isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
******
Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.
 
Lent.az xəbər verir ki, Nərimanov rayonu ərazisində "Toyota" markalı, 99 RL 220 nömrəli, "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı və "Hyundai" markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı 3 avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən 32 yaşlı qadın vəfat edib, 2 gənc oğlan isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az