Bağlanan marşrutlar nə vaxt açılacaq?
Bakının Parlament prospektində yaşayan Vüqar 60 yaşlı anasını hər gün
taksi ilə İçərişəhər metrosunun yaxınlığında yerləşən klinikaya
apardığını söyləyir.
"Həkim anama gündəlik masaj yazıb. Əvvəllər avtobusla gedirdik. Evdən
çıxıb yolu keçirdik, Fəxri Xiyabanın yanındakı dayanacaqda avtobusa
minirdik. İndi bizim məhəlləyə avtobus gəlmir. Ən yaxın dayanacağa
məsafə 1 kilometri keçir, anamsa o qədər məsafəni yeriyə bilmir”,- deyə
orta yaşlı Bakı sakini ANS PRESS əməkdaşı ilə söhbətində bildirir.
60 yaşlı xəstə qadın Bakıda bu problemlə üzləşmiş tək insan deyil.
Məsələ bundadır ki, Avropa oyunları ərəfəsində Bakının Şəhidlər Xiyabanı
istiqamətində hərəkət edən
bütün avtobuslar dayandırılıb. Artıq iki aya yaxındır ki, Milli Məclisdə, Dövlət Tele-Radio
Komitəsində, Milli Təhlükəsizlik Nazirliyində, Müdafiə Nazirliyində,
Mərkəzi Klinikada, yaxınlıqda yerləşən otel və institularda işləyən
minlərlə insan hər gün dayanacaqdan işə, işdən dayanacağa kilometrlərlə
yol getməli olurlar. Bakının ilin ən isti günlərini yaşadığı nəzərə
alınarsa, həmin insanların hansı əziyyətlərə qatlaşdığı aydın olar.
Oxşar problem paytaxtın bir çox məhəllələrində yaşanır. "Bakı Sərnişinnəqliyyat” MMC-dən
Avropa Oyunları ərəfəsində yayılan məlumatda bildirilirdi ki, 10 marşrutun fəaliyyəti dayandırılıb. Bunlar aşağıdakılardır:
1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194
İstiqaməti dəyişən marşrutlar - 2, 15, 120, 70 və 82
Marşrutu uzadılanlar - 11, 82 və 83
ANS