Bakının tələbi qəbul edildi – Arutyunyan açıqladı

Bakının tələbi qəbul edildi – Arutyunyan açıqladı

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması barədə rəsmi Bakının tələbinin qəbul edildiyini açıqlayıb.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, bu barədə qondarma qurumun "təhlükəsizlik şurası”nın iclasında bildirilib. Arutyunyan qərar barədə ətraflı məlumat verməyib.

"Araik Arutyunyan məsələni müzakirəyə çıxarmır, reallıq kimi təqdim edir. Araik Arutyunyan bildirdi ki, həmin yolla tikinti materialları, yanacaq, dərmanlar daşınacaq, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçın vasitəsilə gətiriləcək, amma bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir”, - məlumatda deyilir.

Arutyunyan qaz və elektrik enerjisinin Azərbaycandan alınması məsələsinin növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu da söyləyib. O, rəsmi Bakının Ağdam-Xankəndi yolunun istismara verilməsini tələb etdiyini vurğulayıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az