Bakıya qarşı təbliğat aparan iranlı fəal TUTULDU

Bakıya qarşı təbliğat aparan iranlı fəal TUTULDU
İran mətbuatında mütəmadi olaraq Azərbaycana qarşı çıxışlar edən ictimai fəal Əliəkbər Rafeipur Səudiyyə Ərəbistanında saxlanılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

 

İranın ali rəhbəri Əli Xameneinin qatı tərəfdarı olan Əliəkbər Rafeipurun saxlanılma səbəbi açıqlanmayıb.

 

XİN rəsmisi bildirib ki, o, Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün getsə də, İrana qayıdarkə Ciddə hava limanında saxlanılıb.

 

Qeyd edək ki, Rafeipur İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə Azərbaycan əleyhinə təbliğat aparıb. O, ermənipərəst mövqeyi ilə seçilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az