Banklar dolları rəsmi məzənnədən - 8% baha satır

Banklar dolları rəsmi məzənnədən - 8% baha satır
Azərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıblar. Konvertasiya faizlərini "Rabitəbank" ASC 2%-dən 5%-ə, "Silkway Bank" və "Expressbank" ASC-lər 2%-dən 4%-ə, "Amrahbank" ASC 0,5%-dən 5%-ə çatdırıb. 

Nəticədə, hazırda manat kartlarının sahiblərinin xarici valyuta çıxarmaq və ya xarici valyuta ilə ödəniş etmək istədikdə bankların valyuta satış məzənnəsindən əlavə 4-5% artıq xərcləri yaranır. 

Məsələn, bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsi 1,6245 AZN/USD-yə bərabərdisə, banklar manat kartından dollar çıxarmaq istəyən və ya dollarla ödəniş həyata keçirmək istəyən şəxsə 1 dolları maksimum 1,6245+4%=1,6895 AZN/USD və 1,6895+4%=1,7571 AZN/USD-yə satır. Bu isə AMB-nin rəsmi məzənnəsindən 8,2% çoxdur. Bu xərc xarici ölkələrdə manat kartı ilə ödəniş edən şəxslərə də aid edilir.

Qeyd edək ki, yuxarıda adı çəkilən bəzi banklarda xarici valyuta satışı  limitilə həyata keçirilir. Bu isə o deməkdir ki, bu bankların bankomatından dollar nağdlaşdırıldıqda qiyməti 1,7571 AZN və 1,7740 AZN/USD təşkil edir. Həmin bankların daxilində isə (mübadilə şöbəsində) dolların satış məzənnəsi 1,6895 AZN/USD təşkil edir. /Report/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az