Özünü qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" elan etmiş Bako Saakyan Böyük Britaniya parlamentində olub və deputatlar qarşısında çıxış edib.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, o, ötən gündən başlayan səfəri çərçivəsində baş tutan çıxışında Dağlıq Qarabağın sanki qurucusu kimi danışıb, oradakı ictimai vəziyyətdən, Xankəndinin iqtisadiyyat və tikinti sahəsindəki inkişafından söz açıb.
Böyük Britaniya parlamentinin iclası
B.Saakyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasına da toxunub və deputatların suallarını cavablandırıb və bir
növ yaltaqlanaraq yalan məlumatlarını ingilislərə soxuşdurub. O
vurğulayıb ki, beynəlxalq siyasətdə nüfuzlu dövlət, demokratiyanın və
Avropa sivilizasiyasının beşiyi kimi tanınan Böyük Britaniyanın Dağlıq
Qarabağla münasibət qurması çox vacibdir. O, parlament üzvlərinə xoş
gəlmək üçün dəridən-qabıqdan çıxaraq yaltaqlanıb ki, biz Birləşmiş
Krallıq ilə xüsusi münasibətlərin yaradılmasını istəyirik. Dağlıq
Qarabağ parlament əlaqələrinin dərinləşməsində və elm, təhsil və
humanitar sahələrdə Böyük Britaniya ilə əlaqələrin inkişafında
maraqlıyıq.
Serj Sarkisyan və Bako Saakyan
B.Saakyanın sözlərinə görə, ilk növbədə, bizdə belə optimizm
əhval-ruhiyyəsini yaradan Böyük Britaniya parlamentində Qarabağ və
erməni xalqlarının səmimi və sadiq dostlarıdır.
Hətta görüşdə Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş
Krallığının Ermənistandakı səfiri Armen Sarkisyan və başqa vəzifəli
şəxslər də iştirak ediblər.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini
açıqlayıb. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə
bildirib ki, özünü qondarma Dağlıq Qarabağ Respublikasının rəhbər
şəxsləri kimi təqdim edən insanların heç bir hüquqi status daşımır.
Onların Avropaya səfərləri yalnız turistik xarakteri daşıyır.
Hikmət Hacıyev: Bako Saakyan hökümət səviyyəsində qarşılanmır.
O deyib: "Bako Saakyanın da Böyük Britaniyaya səfəri rəsmi xarakter
daşımır. Yalnız hansısa turist şirkəti vasitəsilə səfərə gedib.
Getdikləri ölkələrdə isə dövlət və hökümət səviyyəsində qarşılanmır və
heç bir görüş keçirilmir."
Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu isə məsələyə fərqli yanaşır.
Onun fikrincə, Azərbaycan qondarma rejim nümayəndələrini qəbul edən
ölkələrlə iqtisadi və siyasi münasibətlərə yenidən baxılma məsələsini
gündəmə gətirə bilər. Amma təəssüf ki, biz bu məsələdə gecikirik.
Fazil Mustafa: Britaniyaya nota verilməlidir.
O deyib: "Bəzi Avropa ölkələrinin belə səfərlərə şərait yaratmaqla onlar
Bako Saakyanlara gizli simpatiyalarini ortaya qoyurlar. Azərərbaycan
Xarici İşlər Naziriliyi bu səfərlərlə baglı mütləq həmin ölkələrə nota
verməlidir."
Maraqlıdır, məgər Böyük Britaniya kimi ölkənin parlamentinə getmək, ora
ilə tanış olmaq, hətta deputatlar qarşısında çıxış etmək o qədərmi
asandır ki, bunu heç kim tərəfindən tanınmayan bir erməni qulduru həyata
keçirir?! Demək ki, Azərbaycanın rəsmi şəxslərinin bu məsələ ilə bağlı
ciddi məşğul olması, ən azından İngiltərənin Xarici İşlər Nazirliyinə
etiraz məktubu ilə müraciət edərək, yaxud bu ölkənin Bakıdakı səfirini
çağırıb bu məsələ ilə bağlı rəsmi izahat istəmələri daha yaxşı
olmazmı?!. Yəqin ki, bu ediləcək. Zənnimizcə, qondarma Dağlıq Qarabağ
Respublikası adı ilə orda-burda gəzənlərə dərs verməyin vaxtı çoxdan
çatıb.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ