Bayden elan etdi: “Patriot”lar Kiyevə verilir

Bayden elan etdi: “Patriot”lar Kiyevə verilir

Vaşinqton Kiyevə "Patriot” HHM sistemlərini göndərəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

"Biz Ukraynanın özünü qoruma imkanlarını gücləndirməyə davam edirik, xüsusilə hava müdafiəsi sahəsində. Məhz buna görə də Ukraynaya "Patriot” batereyaları vermək istəyirik”, - o bildirib.

Bayden Ukrayna əsgərlərinə "Patriot”dan istifadənin də öyrədiləcəyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Pentaqon Ukraynaya yeni 1,85 milyard dollarlıq hərbi yardım paketinə bir "Patriot” ZRK batareyası, HARM raketləri, HIMARS reaktiv yaylım atəş sistemləri sursatları və digər silahlar daxil edildiyini bildirmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az