«Ayan» MMC-nin satışa çıxardığı «Beloçka» tumlarının qablaşdırılması
zamanı «Stimullaşdırıcı Lotoreyalar haqqında» qanunun da bir sıra
tələbləri pozulub
Bolgexeber.com
bildirir ki, GUNDEMİNFO.AZ-ın redaksiyasına «Ayan» MMC şirkətinin
istehsalı olan «Beloçka» tumları ilə bağlı şikayət daxil olub. Narazılıq
edən vətəndaşlar bildirir ki, onlar istehlakçı olaraq aldadılırlar.
Belə ki, xalis çəkisi 35 qram olan «Beloçka» tumlarının üzərində
«Uduşlu» sözləri yazılıb. Lakin istehlakçılar bildirir ki, üzərində
uduşlu sözləri yazılan bu tumların içindən ənənəvi olaraq «bəxtinizi bir
daha sınayın» sözləri də yazılmır. Lakin 100 qramlıq olan və
marketlərdə 40 qəpiyə satılan qablaşdırmadakı «Beloçka»lardan uduşlar
çıxır. Eyni tendensiyanın ucuz olan (20 qəpiklik) tumlarda təkrar
olunmaması narazılıqların yaranmasına səbəb olur.
Şikayət
edən istehlakçılar deyir ki, ucuz qiymətə satılan «Beloçka»lardan uduş
çıxmaması məsələsi onlara aydın deyil. Ölkənin aparıcı
televiziyalarında, ATV-də yayımlanan reklamlarda isə «bütün qablarda
uduş var» sözlərini təkrar-təkrar eşitmək mümkündür.
GUNDEMİNFO.AZ-ın
əməkdaşlarının apardıqları araşdırmalar zamanı bəlli olub ki, «Ayan»
MMC-nin Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsindən aldığı
stimullaşdırıcı lotoreya lisenziyası hər iki qablaşdırmaya aiddir.
Məlumata
əsasən həm 35, həm də 100 qramlıq qablaşdırmada olan tumlar üçün satış
zamanı stimullaşdırıcı lotoreyalar vahid prinsip üzrə verilib.
Bundan
başqa Standartlaşdırma Meterialogiya və Patent üzrə Dövlət Kolmitəsinin
tələbləri də pozulub. Satışda olan «Beloçka» tumlarının üzərindəki
istehlakçıların müraciət etməsi üçün qoyulmuş telefonlar (012) 342 99
35, (012) 342 99 37 saylı telefonlar da işləmir. Bu faktın özü də
qablaşdırma haqqında AZS standartlarının pozulması, istehlakçı
hüquqlarının pozulması deməkdir.
Bütün
bu faktlarla əlaqədar olaraq əməkdaşımız əvvəlcə «Beloçka» tumları
üzərində olan 050 242 32 22 telefonla əqalə saxladıq. Telefona cavab
verən MMC-nin baş mühasib köməkçisi Rühəngiz xanım bildirdi ki, məsələ
ilə bağlı daha yetkili adamlarla əlaqə saxlamağımıza yardım edəcək.
Bundan sonra isə bizimlə əlaqə saxlayan «Ayan» MMC-nin satış şöbəsinin
müdiri özünü gah Məhəmməd, jah Mehman, gah da Məmmədov kimi təqdim etdi.
Razılaşdıq ki, qarşı tərəf olaraq suallarımızı Məhəmməd Məmmədov
cavablandıracaq. M.Məmmədov bildirdi ki, yeni qaydalara əsasən daha
«Beloçka» tumlarının bütün qablarına «uduşlu» sözü yazılsa da,
hamısından uduş çıxmır. Yəni 35 qramlıq qablaşdırmada uduş kuponu
olursa, bu artıq qabın içindən çıxır. Lakin olmursa digər «bəxtinizi bir
daha sınayın» kimi sözlər yazılmır. M.Məmmədov dedi ki, qablaşdırma
üzərində olan telefon nömrəçlərinə zəng çatmaması məsələsi isə onunla
bağlıdır ki, bu telefonlar simsiz rabitədədir və ola bilsin ki,
telefonlar daşınan zaman əlaqə kəsilib. Lakin bildirdik ki, telefonlara
zəng edən zaman «zəng etdiyiniz nömrə borcdan bağlıdır» sözləri
eşidilir. M.Məmmədov dedi ki, qablaşdırma üzərində olan digər telefonla
da istehlakçılar əlaqə saxlaya bilərlər. Məsələn «Beloçka» tumları
üzərində olan (012) 440 17 79 saylı telefonla əlaqə saxlaya bilərlər.
Lakin bildirdik ki, bizə şikayət edən vətəndaşlar bu telefonun yalnız
istehsal sexinə aid olduğunu, oradan isə istehlakçı sualları ilə bağlı
olaraq «bocdan bağlı olan» telefonlara, yəni baş ofisə yönləndirirlər.
Bu faktı isə «Ayan» MMC-nin Məhəmməd Məmmədov adlı yetkilisi «ola bilər,
deyərik telefonları açarlar» cavabı ilə cavablandırdı.
Maraqlıdır
ki, «Ayan» MMC-nin satışa çıxardığı «Beloçka» tumlarının
qablaşdırılması zamanı «Stimullaşdırıcı Lotoreyalar haqqında» qanunun da
bir sıra tələbləri pozulub. Məsələn qanunun tələblərinə görə uduşa
çıxarılan məhsulun çeşidi, həcmi və sayı, uduşun keçirilmə tarixi,
müddəti barədə dəqiq məlumamtlar yer almalıdır. «İstehlakçıların
hüquqları haqqında» qanunun da tələblərinə uyğun olaraq bu məqamlar öz
əksini tapır.
Ümidvarıq
ki, istehlakçılara qarşı bu qədər kobud yanaşan, qanunların tələblərinə
məhəl qoymayan «Ayan» MMC ilə bağlı sadalanan faktlara dair rəsmi
qurumlar da mövqeyini açıqlayacaq.