Bərdə rayonundan Miq.Az-a TƏŞƏKKÜR məktubu

Bərdə rayonundan Miq.Az-a TƏŞƏKKÜR məktubu

Bərdə rayon Mehdili İnzibati Ərazi Vahidi üzrə Qaradəmirçi kənd sakinləri torpaqlarını suvara bilmədikləri və Suvarma Sistemləri İdarəsinin problemə laqeyd münasibətindən bəhs edərək Miq.az-a şikayət məktubu ünvanlamışdılar. İkinci problem isə elektrik xətlərinin qəzalı vəziyyətdə olmasıyla bağlıydı. 

Hər iki məsələ ilə bağlı gedən yazılardan sonra nəhayət ki, Melorasiya və Su Təsərrüfatı ASC və Elektrik Şəbəkə əhalinin problemləri istiqamətində üzərlərinə düşən işi görüblər. Dünən Qaradəmərçi kənd sakini İsrafil Paşayev bu barədə danışaraq  həm Miq.az saytına, həm də adı çəkilən qurumlara minnətdarlığını bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az