"İNDİ DƏ DAŞNAKA YOL AXTARIRSAN"
Bu şeiri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 1998-ci ildə Əkrəm Əylisliyə həsr edib. Şeir ilk dəfə 1998-ci ildə “Bozqurd” qəzetində dərc olunub, son günlər isə bir sıra saytlarda və sosial şəbəkələrdə yer almaqdadır.
Özlüyündə bu, poeziya janrlarından ən mübahisəlisi olan həcv janrında yazılıb. Həm də hələ tam dəqiq deyil ki, bu sərt ifadələrlə dolu bu həcvin müəllifi doğrudanmı Bəxtiyar Vahabzadədir. Bilinən odur ki, həcvi xüsusi istedadı olan və qoşma janrının incəliklərini bilən bir adam qələmə alıb.
AXTARIRSAN
Öz gözündə tiri görməyən gəda,
Özgənin gözündə qıl axtarırsan.
Köhnə şakərindir, bulandırmağa,
Hər gün, hər ay göl axtarırsan.
Qələmin korlaşıb düşmüsən dərdə,
Hörmətin qalmayıb sənin heç yerdə.
Dölsüz olduğunu bildin nəsrdə,
İndi də “şeirdə” döl axtarırsan?
Bir zaman vətəni Aşota satdın,
Ürək bulandırdın, könül qanatdın.
Palıda, çinara sən çirkab atdın,
İndi gizlənməyə kol axtarırsan!
Qəlbin daş, ağlın da bir ovuc peyin
Döş-döşə gəlməyə qalmayıb heyin
Baxıb ayağına ölmüş eşşəyin,
Kürdənə vurmağa nal axtarırsan.
İçində zülmətdir, səhər bilirsən,
Qatırsan, özünü kəhər birlirsən,
Köhnə palanını yəhər bilirsən,
Belinə salmağa çul axtarırsan.
Özgənin uğuru səni yandırır,
Həsədin kinini qıcıqlandırır.
Özünün yalını bal adlandırır,
Özgənin balında yal axtarırsan.
Biz üzü gəlinsən, bir üzü arvad,
Kommunist, AXC, sonra Musavat.
Ordan da çıxmısan, ay evi bərbad,
İndi də Daşnaka yol axtarırsan.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.