Bəyanat

Bəyanat

Uluslararası Güney Azərbaycan Türkləri Konseyinin Milli qiyamın 6-cı il dönümü və Urmu Göülün qurudulması siyasəti ilə bağlı bəyanatı:

2006-ci ilin May ayında Fars hakimiyətinə bağlı “İran gazeti” ndə millətimizə qarşı təhqiredici və irgçı sözlər dərc etmişdir.

Minlərlə Güney Azərbaycan Türkləri İran adlanan ölkənin bir çox şəhərində, başda Təbriz olmaqla günlərdir küçələrə axışaraq, demokratik bir şəkildə etirazlarını bildirməyə çalışırlar.

Ama Fars rejimi millətimizin haqlı etirazlarına qulaq vermək yerinə, insanlıqdan kənar münasibət göstərərərək, mülki insanlarımıza qarşı aşırı güc tətbiq edib, bir çox həbslər və şəhitlər verilməsinə şərait yaradıb.

Bu ildə o qiyamın 6-ci il dönümünüdə və Urmu Gölünün qurudulması və eləcədə fars rejiminin anti-Türk siyasətlərinə qarşı millətimiz Güney Azərbaycanın bir neçə şəhərində (Təbriz-Urmu və…) bir araya gələrək milli və insanı haqlarını dilə gətirmək üçün yürüşlərə başlayıblar və bu yürüşlər bu gündə davam edir. 

Təəsüf ki, hər il olduğu kimi bu ildə bir çox insanımız tutularaq, həbsxanalara salınıb, ağır işkəncə və basqılara məruz qalıb.

Uluslararası Güney Azərbaycan Türkləri konseyi olaraq Fars rejiminin anti demokratik siyasətini tənqid edir və qınayırıq.

Və buradan ordaki soydaşlarımıza dəstəklərimizi bildirir və onların insani-milli mücadilələrini, konseyimizin əsas məqsədi olduğu kimi, uluslararası platformalarda dünya ictimaiyətininə çatdıracayıq.

Əlimizə gələn bilgilərə görə son günlərin mitinqlərində yüzdən çox milli fəalımız yaxalanmışdır və günlərdir həbsxalanalrda çox ağır işknəncələrə məruz qalmaqdadırlar.

Buradan Fars rejimindən, qəhraman millətimizin daha böyük bir qəzəbinə düçar olmadan milli məhbuslarımızı ən qısa zamanda sərbəst buraxılmasını tələb edirik.

Hələlik aldığımız informasiyalar görə həbsə düşən məhbusların bir qisminin adları bunlardır:

1-Bahram Jafari

2-Hoseyn Ahmadiyan

3-Mehrdad Jalalifar

4-Saman Habashiyan

5-Behnam Jafari

6-Asgar khanyari

7-Hamid Negodi

8-Afsane Togir

9-Mehrdad Raha

10-Rohallah KHani

11-Esrafil Omidi

12-Mostafa Avazpor

13-Ali Agazadeh

14-Ali Hamed İman

15-Mohammad Eskandarzadeh

16-Akbar Mohajer

17-Hasan Mirzakhanli

18-Akbar Golmohammadi

19-Mehran Keshavarz

Milli qıyamın 6-ci ili dönümündə şəhidlərimizə hörmət və milli məhbuslarımaz özgürülük diləyilə :

Uluslararası Güney Azərbaycan Türkləri Konseyi_ANKARA

24.05.2012



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az