Zaur Mirzə-zadə : Bizi istəməyən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatların maliyyə dəstəyi ilə hərəkət edənlər anlamalıdırlar ki, bizim Qarabağ kimi dərdimiz var
“Vətəninfo.az”/ “Dünya Azərbaycanlıları” İctimai Mərkəzin sədri Zaur Mirzə-zadə ötən gün müxalifətin şəhərin mərkəzində içazəsiz aksiyasına münasibət bildirib. Zaur Mirzə-zadənin sözlərinə görə müxalifət belə aksiyalarla həm özlərini biabır edir, həm də dövlətimizin beynəlxalq arenada gün-gündən inkişaf edən nüfüzuna xələl gətiməsinə cəhd göstərirlər. “Mən üzümü həmin gənclərə tutub deyirəm ki, eyforiyaya qapılıb hərəkət etməsinlər. Dünyada gedən prosesləri dərindən təhlil edib addım atsınlar. Küçələrə çıxıb qışqırmaqla nəsə əldə etməyi düşünmək sadəlöhvlükdür.”
“Düzdür, hər bir vətəndaş öz hüquqlarını qorumalıdır, etiraz etmək hüququna malikdir, bu konstitutsiyada əks olunub. Amma gözəl şəhərimizin mərkəzi meydanlarında yox müvafiq strukturların ayırdığı yerdə. Fəvvarələr meydanı Bakı sakinləri və şəhərimiz qonaqları üçün ən gözəl güşələrdən biridir, hər bir şəxs orada istirahət edir, mağazalardan alış-veriş edirlər restoranlarda və iaşə obyektlərində səmərəli gün keçirilər. Aksiya keçirən gənclər bu insanlara öz əməlləri ilə mane olurlar.”
Daha sonra mərkəzin sədri həmin gənclərə müraciət etdi: “Yaxşı olardı ki, təsir altına düşmüş həmin gənclər Azərbaycan üçün əlindən gələni edən ölkə rəhbərliyinə kömək edərək düşmənlərimizin zəiflətməyə kömək etsinlər.”
Sonda Mərkəzin sədri onu da vurğuladı ki, bizi istəməyən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatların maliyyə dəstəyi ilə hərəkət edənlər anlamalıdırlar ki, bizim Qarabağ kimi dərdimiz var, birləşib bu məsələdə qalib gəlməliyik.
Kənan