Bəzi qüvvələr ölkəni qarışdırmaq istəyir - Politoloq

Bəzi qüvvələr ölkəni qarışdırmaq istəyir - Politoloq

"Kimlərsə süni gündəm yaratmaq, ölkədə qeyri-sabitliyə can atmaq istəyir. Amma arzuları baş tutmayacaq. İndi, yaxud payızda hansısa qüvvələrin aranı qarışdırmaq cəhdləri fiaskoya uğrayacaq”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında ölkədə baş verən son prosesləri şərh edərkən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, hazırda bütün proseslərə nəzarət edilir:

"Azərbaycanın bir nömrəli məsələsi Laçın, Zabux və Sisin ermənilərdən boşaldılması, Azərbaycan ordusunun oraya qayıtmasıdır. Digər tərəfdən, Azərbaycan avqustun 31-də Putinin moderatorluğu ilə baş tutması gözlənilən Azərbaycan-Ermənistan danışıqlarına köklənib. Ölkədə siyasi sabitliyi pozmağa cəhd edəcək, yaxud süni gündəm yaratmağa çalışacaq insanların ideyası həyata keçməyəcək. Vətənpərvər insanların əsas hədəfi erməni işğalçılarının ərazimizdən tam çıxarılması olmalıdır. Azərbaycan dövləti kifayət qədər güclüdür, bütün proseslərə ciddi nəzarət edilir”.

Q.Hüseynli qeyd edib ki, gərginlik yaratmaq cəhdlərinin ən təhlükəlisi cənubdan - İrandan gözlənilir:

"Cənub və şimal istiqamətindən müəyyən gərginlik yaratmaq cəhdləri ola bilər. Bu cəhdlərin ən təhlükəlisi kimi cənubdan İranı qeyd etmək lazımdır. Onların əsas diqqəti dini və digər amillərə yönəlib.Ancaq bu istiqamətdə hansısa uğur qazana bilməyəcklər. Azərbaycan müharibədən qalib çıxmış ölkədir. Qalib ölkə kimi güclü potensiala sahibdir. Bu güc və potensialla Azərbaycan istənilən müdaxilə, təxribat cəhdlərini anında dəf etməyə qadir ölkədir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az