"Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur və bunun da obyektiv, subyektiv səbəbləri var”.
"Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.
Nazir müavini bildirib ki, bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var:"Ona görə də məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa gələcək inkişaflarında problem ola bilər”.
O qeyd edib ki, məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz:"Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən bu kimi gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər”.
F.Qurbanov əlavə edib ki, təhsil sahəsində aparılan islahatlar bir çox məsələlərlə əlaqəlidir:"10 ildən sonra dünyada mövcud ixtisas və peşələrin 80 faizinə ehtiyac olmayacaq. Hansı sahə daha çox inkişaf edəcək o sahələrə görə də qərarlar veriləcək. Bu da iqtisadi strategiya ilə əlaqəlidir. Təhsil sistemi elə baza bilikləri verməlidir ki, gənclərimiz o bazanın biliklərinə yiyələnə bilsinlər”.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE