Bir azdan burda həyat qaynayacaq - Prezident

Bir azdan burda həyat qaynayacaq - Prezident
Bu gün Bakıda, Sumqayıtda yaşayan məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Miq.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə görüşündə deyib.

"Ağalı kəndi. Buranın xüsusi gözəlliyi var. Bir azdan burda həyat qaynayacaq. Başqa kəndlərdə də evlər tikiləcək. Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir. Siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsız. Şadam ki, böyük həvəslə gəlmisiniz. Valideynləriniz də böyük həvəslə gəliblər. Onların da çoxu Ağalını yəqin ki görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Torpaq insanı çəkir. Azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq", - Prezident qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az