Bir general və iki polkovnik həbs edildi- Aprel müharibəsinə görə
Ermənistanda 4 günlük müharibəyə görə həbslər
Ermənistanda 4 günlük aprel müharibəsinin nəticələrinə görə həbs edilən general və iki polkovnikin hansı maddələrlə ittiham olunduğu açıqlanıb.
Erməni KİV-lərinə istinadən verilən xəbərə görə, Müdafiə Nazirliyinin silah idarəsinin keçmiş rəisi, general Mels Çilingəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olan vəzifə səhlənkarlığına yol verməkdə ittiham olunur. Bu ittihamlar üzrə onu 3 ildən 8 ilə qədər həbs gözləyir.
Müdafiə Nazirliyinin maddi-texniki təchizat departamentinin kimyəvi, mühəndis və kəşfiyyat vasitələri təchizatı şöbəsinin rəisi, polkovnik Mqer Papyan isə xidməti səhlənkarlıqda, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan əməllər törətməkdə ittiham olunur. Bu ittihamlar üzrə onu 3 ildən 6 ilə qədər həbs gözləyir.
Miq.az