Bir gündə 120 min sərnişin artdı: Karantin unudulur?

Bir gündə 120 min sərnişin artdı: Karantin unudulur?

Son bir həftənin nəticələrinə əsasən paytaxt yollarında nəqliyyat vasitələrinin axınında artım var. Aprelin 13-dən nəqliyyat vasitələrinin axınında artım daha çox hiss olunmaqdadır. 13-15 aprel tarixlərində paytaxt yollarında qeydə alınan avtomobil sayı 450-640 min arasında dəyişib.

Miq.Az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev elan edilmiş xüsusi rejim günlərində nəqliyyatda yaşanan durum və sərnişin sayı ilə bağlı açıqlamasında bildirmişdir. M.Ağayev bildirib ki, bu həftənin ilk iş günü 500 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb:

"Eyni ilə sərnişin axınında da artımlar var. Ötən həftə ərzində gündəlik sərnişin axını 450 mindən yüksək olub. Dünən isə daşınan sərnişin sayı 573.707 olub. İstər sərnişin, istərsə də nəqliyyat axınındakı bu artımlar xüsusi karantin rejimi qaydaları və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyəti ilə uzlaşmır”.

Qurum sözçüsü bildirib ki, qeyd olunanları nəzərə alaraq bir daha vətəndaşlardan özünütəcrid qaydalarına əməl etmələri xahiş olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az